Azərbaycanda saxlanılan Vladislav Qolubev ölkəsinə təhvil verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |    

Azərbaycanda saxlanılan Vladislav Qolubev ölkəsinə təhvil verildi

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qeyd olunub ki, V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 248 16.02.24 22:03