Mojo.az Banner
21:58 Bakıda ictimai nəqliyyatda böyük dəyişiklik: Sərnişinləri nə gözləyir?  |     21:55 Kreditlə plastik əməliyyat etdirənlərə RƏSMİ XƏBƏRDARLIQ  |     21:51 Bakıda dəvənin dirəyə bağlanmasının səbəbi bilindi - Video  |     21:49 Türkiyədə Hanta virusu yayılır: Azərbaycanda risk nə qədərdir?  |     21:44 Gədəbəydə müəllim dünyasını dəyişdi  |     21:38 Növbəti torpaq hərracları keçiriləcək  |     21:33 Qanunsuz mərc oyunlarına nəzarət artırılır  |     21:26 "Qarabağ" 74 min manatdan çox cərimələndi  |     21:19 UNEC ailəsinə ağır itki  |     21:14 Sevdiyi qızı qaçıran şəxsə və dostuna hökm oxundu  |     21:08 "Qarabağ hərəkatı bizim üçün ölümcül səhv idi" - Paşinyan  |     21:01 Naxçıvanda maşın aşdı  |     20:54 Müşviq Şahverdiyevə 805 manatdan çox hesab gəldi - "Karolina rooms"dan şikayət etdi  |     20:49 Lombardlarla bağlı yeni qanun: Nələr dəyişəcək?  |     20:41 Putin Azərbaycanı təbrik etdi  |     20:36 "Hantavirusla bağlı vəziyyət nəzarət altındadır" - Tramp  |     20:29 Məhkəmə "TikTok"erin ev dustaqlığı qərarını qüvvədə saxladı  |     20:24 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri 9 Mayda işləməyəcək  |     20:15 Sabah 27 dərəcə isti olacaq  |     20:10 Lukaşenko Putini tək qoymadı  |    
Left Banner
Right Banner

Keçmiş arvadına zəng etməsi qadağan olundu

01.02.2024 22:01 2 124
Keçmiş arvadına zəng etməsi qadağan olundu
Sumqayıtda küçədə keçmiş arvadı Günel Qurbanovanı (ad-soyad şərtidir) döyən Ənvər Mehdiyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsinin hökmünə əsasən, Ə.Mehdiyevin azadlığı 5 ay 26 gün müddətinə məhdudlaşdırılıb.

Məsələ burasındadır ki, cütlüyün nikahı pozulsa da, Günel bir müddət keçmiş ərinə məxsus evdə qalıb, daha sonra bacısıgilə köçüb. Bu müddətdə Ənvər hər axşam Güneli işdən götürüb evə aparıb. Ötən il hadisə baş verəndə isə, Günel evə avtobusla gedib və Ənvər bundan əsəbiləşib, bundan başqa, boşanmalarına baxmayaraq, qadının şəxsi həyatına müdaxilə edilib. Nəticədə yaranan mübahisə zamanı kişi qadını küçədə döyüb.

Qadın məhkəmədən keçmiş ərinin bu davranışlarına qadağa qoyulmasını xahiş edib.

Nəticədə Ənvərin Günelə, həmçinin yaşadığı evə 50 metr məsafədə yaxınlaşması, onunla hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlaması və ünsiyyətə girməsi qadağan edilib.
скачать dle 11.3
Mojo.az Banner