Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə Hanta virusu yayılır: Azərbaycanda risk nə qədərdir?

08.05.2026 21:49 810
Türkiyədə Hanta virusu yayılır: Azərbaycanda risk nə qədərdir?
Türkiyədə Hanta virusuna yoluxma halları ilə bağlı yayılan məlumatlar region ölkələrində də narahatlıq yaradıb. Gəmiricilər vasitəsilə yayılan və bəzi hallarda ağır fəsadlara səbəb ola bilən bu virusun qonşu ölkədə aşkarlanması Azərbaycanda da mümkün riskləri gündəmə gətirir. Xüsusilə yay mövsümündə kənd təsərrüfatı sahələrində, anbarlarda və təbiətə yaxın ərazilərdə insanların daha çox təmasda olması təhlükə ehtimalı ilə bağlı sualları artırır.

Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadırmı?

Azərbaycanda indiyədək Hanta virusuna yoluxma halı qeydə alınıbmı?

Mövzu ilə bağlı Median.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

Mərkəz qeyd edib ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.

"Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur", — deyə mərkəz əlavə edib.

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən profilaktik məqsədlə əhaliyə aşağıdakı sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunub:

"Yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək;

Gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək;

Açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək;

Gəmiricilərlə birbaşa təmasdan çəkinmək".

Qurum sonda qeyd edib ki, hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər