Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" 74 min manatdan çox cərimələndi

08.05.2026 21:26 654
"Qarabağ" klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Ağdam təmsilçisi isə 70000 manatdan çox cərimələnib.

Buna Ağdam təmsilçisinin "Sabah"a uduzduğu (1:2) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda yaşananlar səbəb olub.

Qarşılaşma bitdikdən sonra "köhlən atlar"ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alıb. Monteneqrolu yarımmüdafiəçi dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hədə-qorxu gəldiyinə görə 8 oyuna buraxılmayacaq.

"Qarabağ" isə oyunçunun bu hərəkəti ucbatından 25500 manat ödəyəcək.

Ağdam klubunun qapıçısı Mateuş Koxalski birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.

Həmin görüşdə "Qarabağ" azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb. Fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 7000 manat ödəniləcək. Həmin tərəfdarlar kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər. Bu səbəbdən klub 8000 manatından keçəcək. Görüşün keçirildiyi stadiona zərər vurulub və dağıntı törədilib. Ağdam təmsilçisi buna görə 5000 manat cərimə olunub və 70 ədəd oturacağa dəymiş ziyanı qarşılayacaq.

"Köhlən atlar"ın məşqçisi Hüseyn Seyidov hakimə fikizi təzyiq göstərməyə çalışıb və onu təhqir edib. H.Seyidov 6 matçlıq cəzalanıb, klub 18000 manat cərimə olunub. "Qarabağ"ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq görməyə cəhd edib. O, 5 oyunluq cəzaya məruz qalıb, klub isə 8000 manat ziyana düşüb.

"Sabah" klubu da sözügedən qarşılaşmada yaşananlara görə cərimə olunub. Masazır təmsilçisi beş nəfər sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin meydana kənar aşyalar atması ucbatından 2000 manat, meydana kənar şəxs daxil olmasına görə 6500 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 3000 manat ödəməli olacaq.

Son xəbərlər