Mojo.az — elanlar
Son Xəbərlər
13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

AFFA-dan "Qarabağ" və Yassin Benziaya AĞIR CƏZA

03.06.2025 13:12 717
AFFA-dan
AFFA İntizam Komitəsi "Qarabağ" və "Sabah" klubunu cərimələyib.

Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

İntizam Komitəsinin bu gün keçirilmiş iclasında tərəflər arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara hüquqi qiymət verilib.

"Qarabağ" klubuna dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə kəsilib. Ağdam təmsilçisinin məşqçisi Müşfiq Hüseynov 120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz edib. Birbaşa qırmızı vərəqə alan mütəxəssis iki oyunluq cəza alıb. Kluba 1500 manat cərimə tətbiq edilib.

Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa qırmızı qərəqə alıb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib. "Qarabağ"a isə 3000 manat ödəməli olacaq. "Köhlən atlar" azarkeşlərin pirotexniki vasitədən istifadəsi ucbatından 1500 manat ziyana düşüb.

"Sabah"a isə beş futbolçu sarı vərəqə aldığından 700 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə 1500 manat cərimə kəsilib.

Qeyd edək ki, rəqibini əlavə vaxtda 3:2 hesabı ilə üstələyən "Sabah" Azərbaycan Kubokunun sahibi olub.

Son xəbərlər