Mojo.az Banner
22:53 "Kəpəz" son Azərbaycan çempionu "Sabah"a səfərdə qalib gəldi  |     22:45 Qalmaqallı veriliş Rusiya "Birinci kanal"ının saytından silinib  |     22:37 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  |     22:27 BDYPİ skuter istifadəçilərinə çağırış edib  |     22:25 Məhkəmədə hakimə: “Məni buraxın camaatın pulunu verim”  |     22:19 Etibar Məmmədov oğurluq edən yeniyetməni bağışladı  |     22:16 Mikayıl İsmayılovun nəvəsinin anası həbs edildi - Yenilənib (FOTO)  |     21:58 Bakıda ictimai nəqliyyatda böyük dəyişiklik: Sərnişinləri nə gözləyir?  |     21:55 Kreditlə plastik əməliyyat etdirənlərə RƏSMİ XƏBƏRDARLIQ  |     21:51 Bakıda dəvənin dirəyə bağlanmasının səbəbi bilindi - Video  |     21:49 Türkiyədə Hanta virusu yayılır: Azərbaycanda risk nə qədərdir?  |     21:44 Gədəbəydə müəllim dünyasını dəyişdi  |     21:38 Növbəti torpaq hərracları keçiriləcək  |     21:33 Qanunsuz mərc oyunlarına nəzarət artırılır  |     21:26 "Qarabağ" 74 min manatdan çox cərimələndi  |     21:19 UNEC ailəsinə ağır itki  |     21:14 Sevdiyi qızı qaçıran şəxsə və dostuna hökm oxundu  |     21:08 "Qarabağ hərəkatı bizim üçün ölümcül səhv idi" - Paşinyan  |     21:01 Naxçıvanda maşın aşdı  |     20:54 Müşviq Şahverdiyevə 805 manatdan çox hesab gəldi - "Karolina rooms"dan şikayət etdi  |    
Left Banner
Right Banner

Kreditlə plastik əməliyyat etdirənlərə RƏSMİ XƏBƏRDARLIQ

08.05.2026 21:55 147
Kreditlə plastik əməliyyat etdirənlərə RƏSMİ XƏBƏRDARLIQ
Son illərdə sosial şəbəkələrdə diş müalicəsi, burun estetikası və digər tibbi əməliyyatların kreditlə və kampaniyalı şəkildə təklif olunması halları artıb. Xüsusilə yeni fəaliyyətə başlayan bəzi həkimlərin bazardakı orta qiymətlərdən xeyli aşağı məbləğə əməliyyat etməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Təcrübəli həkimlərin 2000–3500 manata həyata keçirdiyi əməliyyatların bəzi klinikalarda 1000 manat və ya kredit şərtləri ilə təqdim olunması bir tərəfdən maddi imkanı məhdud olan vətəndaşlar üçün əlçatan görünsə də, digər tərəfdən keyfiyyət və təhlükəsizliklə bağlı narahatlıqları artırır. Pasiyentlərin bir qismi ucuz və kreditlə təklif edilən əməliyyatların riskli ola biləcəyini düşünür. Digər tərəfdən isə yüksək qiymətlər səbəbindən bir çox insan məhz bu cür kampaniyalara üz tutmağa məcbur qalır. Bəzi hallarda aşağı qiymət siyasəti bazara daxil olmaq və müştəri cəlb etmək məqsədi daşıyır. Maraqlıdır ki, qısa müddət sonra həmin həkimlərin xidmət qiymətlərini kəskin şəkildə artırması da diqqət çəkən məqamlardan biridir. Bütün bunlar tibbi xidmət sahəsində qiymət siyasəti, peşəkarlıq və pasiyent təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Azərbaycanda bu sahədə nəzarət mexanizmləri kifayət qədər effektivdirmi?

Əməliyyatların bazar qiymətindən xeyli ucuz olması keyfiyyət və təhlükəsizlik baxımından hansı riskləri yarada bilər?

Pasiyent həkim və klinika seçərkən ilk növbədə hansı məqamlara diqqət etməlidir?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Median.Az-ın sulları cavablandırılıb.

Qurumdan bildirilib ki, özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı və plandankənar yoxlamalar əsasında həyata keçirilir. Kütləvi şəkildə insan həyatına və sağlamlığına təhlükə yarada biləcək hallarda vətəndaş müraciətləri və ya mediada dərc olunmuş məlumatlar əsasında plandankənar yoxlamalar aparıla bilər.

AEM qeyd edib ki, qiymət siyasətinə gəldikdə, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir.
Lakin son illərdə sosial şəbəkələrdə diş müalicəsi, burun estetikası və digər estetik əməliyyatların aqressiv reklamı, kreditlə təklif və bazardakı orta qiymətlərdən xeyli aşağı məbləğlə “kampaniya” formasında təqdim olunması halları pasiyent təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur.

Qurum əlavə edib ki,sosial şəbəkələrdə tibbi xidmətlərin reklamına nəzarət tam mənada mümkün deyil. Bu səbəbdən vətəndaşın özü daha ayıq və məsuliyyətli davranmalıdır. Aşağı qiymət çox vaxt keyfiyyətsiz materiallardan istifadə, təcrübəsiz mütəxəssis və ya qeyri-standart şərait riski daşıya bilər.

AEM sonda vurğulayıb ki, cərrahiyyə əməliyyatı etdirmək qərarına gələn vətəndaşlar bir neçə məqamı mütləq əməliyyata qədər müəyyənləşdirməlidir:

"Müraciət etdiyiniz özəl tibb müəssisəsinin plastik cərrahiyyə üzrə fəaliyyətinə icazə verən lisenziya sənədini mütləq tələb edin.

Əməliyyatı edəcək həkimin tibb işçilərinin 5 ildən bir keçməli olduqları dövlət sertifikasiya sənədini, xüsusilə də plastik cərrahiyyə ixtisası üzrə sertifikatını mütləq yoxlayın.

Həkimin adını Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşən “Plastik Cərrahiyyə üzrə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”ndan yoxlayın. Həkiminizin adı bu siyahıda yoxdursa, sağlamlığınızı ona həvalə etməyin. Siyahı dövri olaraq yenilənir!
Klinikaya ödənişi mütləq rəsmi qaydada edin. Həkimə fərdi qaydada ödəniş etməyin. Əldə etdiyiniz ödəniş qəbzi sonradan hər hansı problemin qanuni həlli üçün əsas sübutdur.

Əgər klinika ödəniş qəbzi verməkdən imtina edərsə, dərhal Dövlət Vergi Xidmətinin “195” qaynar xəttinə məlumat verin.
Əgər müəssisə və ya həkim yuxarıda qeyd olunan sənədləri təqdim etməkdən imtina edərsə və ya xidmətin keyfiyyətindən narazı qalsanız, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edin.

Əlaqə vasitələri:
“Bir pəncərə” sektoru
Qaynar xətt: (012) 596 05 20
Elektron poçt: aem@pharma.az
Rəsmi veb-sayt: www.pharma.az – “Müraciət” bölməsi
Daxil olan bütün müraciətlər hərtərəfli araşdırılır və zərurət yaranarsa plandankənar yoxlama təyin edilir".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner