Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Banklar güzəştləri azaldır: "Təşkilatlar gəlir əldə etməlidir"

30.01.2026 20:44 366
Banklar güzəştləri azaldır:
Son dövrlər bankların debet kartlar üzrə komissiyasız əməliyyat limitlərini azaltması müştərilər arasında narazılıq doğurub. Belə ki, artıq əksər banklarda ay ərzində ödəniş terminalları vasitəsilə komissiyasız əməliyyatların məbləği 1000 manatla, “card to card” köçürmələr üzrə isə 2000 manatla məhdudlaşdırılıb. Müəyyən olunmuş limiti aşan vətəndaşlar hər əməliyyat üçün 0,5-1 faiz komissiya haqqı ödəməli olurlar. Bankların bu addımı atmasının səbəbi isə maraq doğurur.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov kartlarla bəzi əməliyyatlara güzəşt limitinin azaldılmasını plastik kartlardan istifadə həcminin artması ilə əlaqələndirdi:
 
“İstənilən kommersiya təşkilatı göstərdiyi xidmətin qarşılığında gəlir əldə etməlidir. Bankın xərcləri var, vaxt sərf olunur, işçilər çalışır, texnoloji sistemlər qurulur. İndiyə qədər bəzi xidmətlərin pulsuz olmasının əsas səbəbi bankların müştəri cəlb etməyə çalışması idi. Əvvəllər banklar əsas gəlirlərini kreditlərdən əldə edirdilər. Son illərdə kredit faizlərinin qismən azalması bu mənbədən gəlirləri azaldıb və banklar da digər xidmətlər üzrə ödəniş tətbiq etməyə başlayıblar. Avropa banklarında isə pulsuz xidmət anlayışı demək olar ki, yoxdur. Bu addım tamamilə normaldır”.

Qeyd edək ki, bankların tətbiq etdiyi yeni limitlər və komissiya haqları bankdan banka dəyişə bilər və müştərilərə tövsiyə olunur ki, istifadə etdikləri bankın tarif şərtləri ilə əvvəlcədən tanış olsunlar.скачать dle 11.3
Mojo.az Banner