Biləsuvarda akkumulyator oğurlayan dəstə ələ keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |    

Biləsuvarda akkumulyator oğurlayan dəstə ələ keçdi

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı rayonlarda yük avtomobillərindən akkumulyatorları oğurlayan dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonun Xırmandalı kənd sakini Y.Teymurov polisə müraciət edərək ona məxsus “Kamaz” markalı avtomaşından ümumi dəyəri 560 manat olan iki ədəd akkumulyatorun oğurlandığını bildirib.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub. Bundan başqa onların Cəlilabad və Salyan rayonlarında daha üç yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumulyator oğurladıqları da müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumulyatorları götürərək paytaxt ərazisində satıblar.

Hazırda onların digər bu kimi oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 539 09.03.20 13:44