Martın 4-də Bakının Nizami rayonunda adam öldürülüb.
Bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat daxil olub.
Cinayət hadisəsi 20:30 radələrində Bəkir Çobanzadə küçəsi 53 ünvanında yerləşən evdə törədilib.
57 yaşlı Belarus vətəndaşı Sahib Babayev birgə yaşadığı 35 yaşlı Rusiya vətəndaşı Elnarə Ağarzayevanın boğazını kəsib. Nəticədə, qadın yerindəcə ölüb.
Bundan sonra həmin şəxs özü 24-cü Polis Bölməsinə gələrək törətdiyi əməli etiraf edib.
İlkin məlumatlara görə, qətl qısqanclıq zəminində törədilib.