Bakıda mağazada oğurluq görüntüləndi - VİDEO
Bakıda fəaliyyət göstərən mağazalardan birində oğurluq olub.
Oğurluq Azadlıq prospekti, 146 K ünvanında yerləşən ayaqqabı mağazasında baş verib.
Hadisə ilə bağlı redaksiyamıza mağaza sahibi İlqar Qafarov məlumat verib.
Onun sözlərinə görə, müştəri mağazada çalışan işçinin mobil telefonunu oğurlayıb:
“Hadisə dünən axşam saat 18:20-də baş verib. Müştəri kimi mağazaya daxil olan şəxs satıcıdan fərqli ayaqqabı modeli istəyib. Xanım işçimiz müştərinin istədiyi modeli gətirmək üçün digər zala keçib. Həmin ərəfədə müştəri masanın üzərində olan Hüseynzadə Yunisə məxsus mobil telefonu götürərək mağazadan qaçıb”.
Oğurluq anbaan təhlükəsizlik kameraları tərəfindən lentə alınıb:
/oxu.az/
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!