Bakıda kütləvi dava olub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib.
Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.