Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Cəsarət İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə, çoxlu qan itirən qadın hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən saxlanılan Cəsarət İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.