Bank işləri üzrə 57 şəxs barəsində 22 cinayət işi açılıb.
Bu barədə Baş Prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
K.Əliyev bildirib ki, ötən il bank kartları ilə bağlı İdarəyə bir cinayət işi daxil olub:
“İş üzrə araşdırmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib. Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib”.
İdarə rəisi onu da əlavə edib ki, bank işləri üzrə 57 şəxs barəsində 22 cinayət işi baxılması üçün məhkəməyə göndərilib:
“Bu, əsasən, fəaliyyətini dayandırmış banklarla bağlı olub”.
/oxu.az/