Rusiyanın Peterburq şəhərinin Petrodvortsovıy rayonunda azərbaycanlı oğurlanıb.
Konkretno.ru xəbər verir ki, hadisə dünən axşam saatlarında Prosveşeniya prospektində baş verib.
Beş nəfər naməlum şəxs azərbaycanlıya hücum edərək, onun üzünü bağlayıb və mikroavtobusa mindiriblər. O, üzü bağlı olduğu üçün hara aparıldığını bilməyib.
Cinayətkarlar azərbaycanlını sahibsiz evə gətirərək, orada döyüb və qarət ediblər. Daha sonra onlar həmin şəxsi buraxıblar və ona xəbərdarlıq ediblər ki, polisə müraciət etməsin.
Ancaq kişi cinayətkarlara qulaq asmayıb və Lomonosov şəhərindəki polis bölməsinə gedib. Cinayətkar dəstə azərbaycanlıların iki mobil telefonunu götürüblər, onun üzərində başqa heç nə tapılmayıb.