Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, yeddi il dörd ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Bakı şəhər sakini 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək, 1983-cü il təvəllüdlü E.Rzayev tərəfindən dələduzluqla üzləşdiyini bildirib.
S.Həsənov deyib ki, E.Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb.
Daha sonra E.Rzayev saxlanılıb. Məlum olub ki, o, daha iki ahıl yaşlı qadına qarşı da dələduzluq edib.
İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.