Ötən gün oğlunu ov tüfəngi ilə ilə qətlə yetirən 1951ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu keçirilən əməliyyat tədbirləri ilə Bakı şəhərində saxlanılıb.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, 61 yaşlı şəxs Göygöl rayonuna gətirilərək istintaqa təhvil verilib.
Bildirək ki, Yaşar Bayramov övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovla bir müddət ev mübahisəsi olub.
M.Bayramovun evi yandırmasına əsəbləşən ata sonuncunu silahla iki dəfə atəş açaraq qətlə yetirib.