Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib, bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində, dəniz sahilində qeydə alınıb.
1983-cü il təvəllüdlü Süleymanov Rizvan Əlövsət oğlu tanıdığı şəxs tərəfindən döyülüb. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.