Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Emin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, bu il iyunun 20-də Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni N.Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Emin Ədalət oğlu Hüseynov törədib.
Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədilə çoxsaylı zərbələr endirib.
Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.
Cütlüyün iki övladı var.
E.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.