Median.Az xəbər verir ki, Cəlilabad RPŞ və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Naxçıvan şəhər sakini H.Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomaşın Binəqədi rayonu ərazisində saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilin kabinəsinin alt tərəfindəki boşluqdan 2 bağlamada 1 kq. 670 qram heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.