Median.Az xəbər verir ki, Səbail RPİ-nin 39-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Ağayeva, dekabrın 7-də rayon ərazisindəki parkda bir nəfərin onun mobil telefonunu və sənədlərini açıq talama yolu ilə oturacağın üzərindən götürüb, qaçdığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev və C.Rəşid saxlanılıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.