Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib, içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən şəhər sakini R.Məhərrəmov saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.