Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-dən 4-dək olan müddətdə rayon ərazisində 3 nəfərin mobil telefonlarını oğurlayan paytaxt sakini Q.Yusifov saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.