Median.Az xəbər verir ki, Astara şəhər sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində Ərçivan qəsəbə sakini P.Zeynalovanın, içərisində pul və mobil telefon olan çantasını ələ keçirib.
Şübhəli şəxs ərazidə xidmət aparan Astara RPŞ Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən isaxlanılıb və şöbəyə gətirilib.
Axtarış zamanı, onun üzərindən narkotik vasitə olan heroin, 357 manat pul və mobil telefon aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.