Bakıda iş adamını güllələyən "Hozu Rauf" 13 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı  |     22:47 Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi  |     22:37 Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."  |     22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |    

Bakıda iş adamını güllələyən "Hozu Rauf" 13 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayon sakini Rauf Şirinovun (1974-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, qətl bu il iyunun 14-nə keçən gecə saat 1 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib. Aralarında davam edən ədavət nəticəsində Rauf Şirinov "Vinçester" markalı ov tüfəngindən atəşlər açaraq yeznəsi Şərur rayon sakini Ramiz Məmmədovu (1972-ci il təv.) güllələyib və hadisə yerində keçinib. Zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, orada ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə Sabunçu RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, Rauf Şirinovun tutulması istiqamətində
əməliyyat-axtarış tədbirləri başlanılıb. İyunun 17-də "Hozu" ləqəbli ilə tanınan Rauf Şirinov Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi Şirinov idarə etsə də, Bakıda fəaliyyət göstərən 84 və 113 №i avtobusların marşrut xətləri mərhum Məmmədova məxsus olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 199 28.11.19 12:08