Noyabr ayının 19-u gecə saatlarında Şəmkir rayonunun Bayramlı kəndində Mikayıl Həsənova məxsus fermada quldurluq törədən şəxslər saxlanılıb.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən, aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, quldurluq hadiəsini Gəncə şəhər sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Vəliyev, Roman Moskalyov və Bakı şəhər sakini Oleq Sinsin adlı şəxslər törədib.
Cinayətkar dəstə hadisə zamanı gözətçi Məhəmməd Kazımova soyuq silahla hədə-qorxu gələrək əl qolunu bağlayıb və o bir müddət yardımçı tikilidə gizlədilib. Daha sonra qulduqluq yolu ilə əldə etdikləri mal-qaranı elə hadisə yerindəcə tanışları Tovuz rayon sakini Feyruz İbrahimova 2 min manata satıblar.
Sonuncu isə həmin heyvanları həmyerlisi Elməddin Zeynalovun maşını ilə yaşadıqları rayona aparıb. Orada isə Ayaz Cəfərovun və qeyrilərinin köməkliyi ilə satmaq istəyiblər. Araşdırmalarla həmin şəxslərin bundan əvvəl də digər rayonlarda anoloji cinayətlər törətdiyi və Feyruz İbrahimov vasitəsi ilə satdıqları müəyyən edilib. İlkin istintaq zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən 60 baş bir, 80 baş bir olmaqla xırda buynuzlu heyvanları Tovuz rayonunda 2 baş iribuynuzlu heyvanları gizli oğurlayaraq Feyruz İbrahimova satıblar. Həmçinin qrupun üzvü Rəşad Vəliyev Tovuz rayonunda bir mənzildən qızıl zinət əşylarını gizli talayıb.
Faktla bağlı araşdırma aparılır. Dəstənin digər üzvlərinin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edtirilir.