Xəzər dənizində "Azərbaycan Mirvarisi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |    

Xəzər dənizində "Azərbaycan Mirvarisi"

Nargin adasının turizm mərkəzinə çevirmək təklif olunur.

"Azərbaycan Mirvarisi" adlı layihədə adanın dünya səviyyəli istirahət zonasına çevrilməsi üçün konkret ideyalar ortaya qoyulub. Layihə gerçəkləşərsə, burada hotel, muzey, sərgi salonları, teatr binaları, Şərq üslubunda bazar, hətta liman və vertolyot meydançasına da rast gəlmək mümkün olacaq.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və bir vaxtlar Nargin adlandırılmış Böyük Zirə adası dünya səviyyəli istirahət zonasına çevrilə bilər.
Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev bunu nəzərdə tutan "Azərbaycan Mirvarisi" adlı layihə hazırlayıb. Layihə adanın ən müasir turizm mərkəzinə çevrilməsini nəzərdə tutur. Burada müasirlik və keçmişin bir araya gətirilərək harmoniya yaradılması və ümumilikdə adanın beş zonaya bölünməsi planlaşdırılır.
Memar layihəyə Böyük Zirə adasında ümumtəhsil və musiqi məktəblərinin, teatrların, Şərq bazarının tikintisini də daxil edib. Bundan başqa, tariximizin faciəli hadisələrinə şahidlik edən adanın qurbanlarına xatirə kompleksinin inşası da nəzərdə tutulub.

Rasim Babakişiyev layihənin reallaşdırılması üçün lazım olan maliyyə xərclərinin təxmini hesablanmasını da aparıb.
Memar deyir ki, "Azərbaycan Mirvarisi" layihəsi həm də adada il boyu yaşayışın olmasına da hesablanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 833 04.04.19 23:19