Kənd təsərrüfatı ilə bağlı vacib - QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |     17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |     15:02 "Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi  |     14:42 Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı  |     14:23 VHP-dən Tənzilə Rüstəmxanlının hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT  |     13:36 TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqladı  |     13:16 Kapitoli binası yaxınlığında silahlı şəxs saxlanıldı  |     13:09 Bəzi ölkələrdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub  |    

Kənd təsərrüfatı ilə bağlı vacib - QƏRAR

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzlərinin yaradılması irəli sürülüb.

Fərmanda qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etməli, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 815 01.08.18 13:44