Pensiyalar nə zaman veriləcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:36 Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb  |     13:35 29 yaşlı qadın dəm qazından zəhərlənərək öldü  |     13:34 İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı  |     13:33 Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var  |     13:29 Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb?  |     13:28 Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı  |     13:27 Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI  |     13:22 "TikTok" İlon Maskın nəzarətinə keçə bilər: Rəhbərlik toplandı  |     13:02 Lənkəranda itkin düşən balıqçıların axtarışları davam etdirilir  |     12:57 Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı  |     12:44 Çində 5 bal gücündə zəlzələ baş verdi  |     12:18 CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır  |     12:07 Bakı-Qazax yolunda 6 maşın toqquşdu  |     11:52 Bakıda bu ərazilərdə mənzillər bahalaşdı  |     11:45 Husilər Təl-Əvivdəki vacib obyektə ballistik raketlə zərbə endiriblər  |     11:37 Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olunub  |     11:31 Endirilən sürət həddi bərpa edildi  |     11:22 2024-cü ildə Azərbaycanda 31 mindən çox şəxsə əmək pensiyası təyin olunub  |     11:13 AZAL: Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib  |     11:11 Meşədə meyiti tapılan tibb bacısı intihar edibmiş  |    

Pensiyalar nə zaman veriləcək?

Pensiyaların maliyyələşdirilməsindəki gecikmə təqaüdçülərin “pulumuz, bəlkə, bu gün hesablara köçürüldü” ümidi ilə bankomatların qarşısına toplaşmasına səbəb olub.

Oxu.az-ın Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən aldığı məlumata görə, pensiyaların nə zaman hesablara köçürüləcəyi dəqiq bəlli deyil.

Gecikmə yeni təqvim ilinin ilk ayı, həmçinin bayramla əlaqədar ayın ilk günlərinin qeyri-iş günləri olması ilə əsaslandırılır. Bildirilir ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir.

Qeyd edək ki, ötən ilin son ayında pensiyaların maliyyələşdıriməsi dekabrın 13-nə təsadüf etmişdi. Hansı ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar.

Xatırladaq ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Uzun müddətdir pensiyaların maliyyələşməsi hər ayın 13-dək Bakı şəhərində, 20-dək isə regionlarda başa çatırdı. Xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar üzrə hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 401 12.01.18 13:13