Fevralın 28-də, saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vergi ödəyicilərinin siyahıya alınmış daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərrac keçirəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq.
Hərraca doqquz nəqliyyat vasitəsi, dörd avadanlıq, iki torpaq sahəsi, bir qeyri-yaşayış binası və bir qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak çıxarılacaq.
Əmlaklara altı min manatdan bir milyon manata qədər qiymət qoyulub.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri fevralın 21-nə qədər Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.