"Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını keçib".
Median.Az Nazirlər Kabinetinə (NK) istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"Bu göstərici cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun (ÜDM) 100 %-i deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir.
Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Bu il sentyabrın 1-nə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5%-ni təşkil edib", - deyə o qeyd edib.