Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb

2024-cü ilin əvvəlindən bəri Azərbaycandan Rusiyaya xurma ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71.3 faiz artıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

"2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338.7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstərici (352 min ton) ilə müqayisə oluna bilər. Eyni zamanda xurma tədarükü 71.3% artaraq 18.2 min tondan 31.2 min ton, nektarin 34.2% artaraq 14.1 min tondan 19 min ton, şaftalı 26.6% artaraq 13.7 min tondan 17.4 min ton, çiyələk 10.7% artaraq 17.6 min tondan 19.5 min ton, pomidor isə 9.7% artaraq 106 min tondan 116.2 min tona qədər yüksəlib", - "Rosselxoznadzor"un məlumatında deyilir.

Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracı xeyli artıb - 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2.7 dəfə artaraq 23 min ton təşkil edib. Soğan ixracı da 5.1 dəfə artaraq 7.7 min tona çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 20.08.24 12:34