"Kartdan karta göndər" deyən obyektləri 6 000 manat cərimə gözləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

"Kartdan karta göndər" deyən obyektləri 6 000 manat cərimə gözləyir

Azərbaycanda son dövrlər nağdsız ödənişlərdən yayınmanın ən populyar üsuluna çevrilmiş pulun kartdan karta göndərilməsini istəyən obyektləri sərt cəzalar gözləyir.

FED.az xəbər verir ki, son dövrlər həm nağdsız ödənişlərin genişləndirilməsi və plastik kartlardan istifadənin artırılması ilə bağlı ciddi islaharar aparılıb. Bu addımlar şəffaflığa, «kölgə iqtisadiyyatı»nın azalmasına və ödənişlərin dövlət büdcəsinə vaxtında çatdırılmasına xidmət edir. Ən əsası, nağdsız ödənişlər vətəndaşlar üçün rahat və sadə olmaqla yanaşı həm də sərfəlidir.

Vətəndaşlar nağdsız ödənişlərə görə bonuslar, hədiyyələr və əlavə mədaxil əldə edə bilirlər, nəticədə kartdan istifadəyə maraq sürətlə artır. Lakin son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində (restoran-kafelərdə) bəzi hallarda nağdsız ödənişlərin POS-terminalla deyil, «kartdan karta köçürmə» ilə tələb edilməsi halları artıb, bu qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara, alıcılara zərər vurur.

Alınan malı geri qaytarmaq mümkün olmur


Bir qədər əvvəl Dövlət Vergi Xidmətinin də bəyan etdiyi kimi, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürülməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Çünki belə hallarda müştəriyə POS-terminaldan çıxarış və ya kassa çeki verilmir. Halbuki, kassa çeki satışı təsdiqləyən sənəddir və alıcı aldığı maldan narazı olduğu halda bu çek vasitəsilə alqı-satqını təsdiqləyib hüququnu tələb edə bilir. Kartdan karta köçürmə variantında isə çek verilmir və beləcə alıcının gələcəkdə öz hüquqlarını tələb etmək imkanını məhdudlaşır.

«Kartdan karta» köçürəndə bonuslar və ƏDV əldən çıxır


Əsas məsələlərdən biri – kartdan karta pul köçürüləndə müştərilər "ƏDV geri al” hüququndan məhrum olurlar.

Nəhayət, son vaxtlar banklar da kart əməliyyatlarına görə müştərilərə bonus verirlər, amma bu postetminalla əmsəliyyatlara aiddir, «kartdan-karta» olan əməliyyatlarda müştərilər ƏDV kimi bonusları da itirirlər. Beləliklə, ödənişi POS-terminalla deyil, «kartdan karta» üsulu ilə edən alıcı daha çox öz büdcəsinə zərər vermiş olur. Buna görə də onlar mal və xidmət aldıqları obyektlərdə pos-terminal tələb etməlidirlər.

"Kartdan karta köçürmə" - vergidən yayınmanın müasir üsuludur


Məsələ təkcə vətəndaşların ƏDV və bonus qazanmasında və ya aldıqları malı geri qaytarmaq imkanında deyil. «Kartdan karta köçürmə» üsulu faktiki olaraq vergidən yayınmanın yeni, necə deyərlər rəqəmsal üsuludur. Bunu edən sahibkarlar və obyektlər faktiki olaraq dövriyyələrini gizlədir və vergidən yayınırlar. Buna görə də Vergi Məcəlləsinə əsasən kartdan karta köçürmə qanun pozuntusu olaraq vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.

6 000 manata qədər cərimə


Posterminalların quraşdırılmaması, posterminal quraşdırılmış obyektlərdə isə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə 6 min manatadək cərimə nəzərdə tutulub.

Belə ki, bu hallara görə, hadisə ilk dəfə baş verdikdə 1000 manat, 2-ci dəfə baş verdikdə 3 000 manat, 3-cü və daha çox dəfə baş verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 31.07.24 19:42