Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |    

Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır

Azərbaycanda kvotadan əlavə iş yerləri yaradılır.

Bununla bağlı Prezident İlham Əliyev "Məşğulluq haqqında” qanunu təsdiqləyib.

Qanuna əlavə edilən yeni maddəyə əsasən, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.

Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 08.07.24 21:21