Mojo.az — elanlar
Son Xəbərlər
18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb

17.11.2023 21:01 2 562
Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb
Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda keçirdiyi konfransda bildirilib.

Tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin ilkin mərhələsinin yekunlarına həsr olunub.
Konfransın moderatoru, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihə haqqında məlumat verib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov konfransın mövzusuna dair çıxış edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biridir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramında məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiyası proqramın məqsədlərindən biri kimi müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları əsasında bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin doğma yurda rahat, təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Artıq üç mindən çox məcburi köçkünün daimi məskunlaşmaq üçün geri qayıtdığı qeyd edilib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Dövlət Komitəsi bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə layihələr həyata keçirir.

Konfransda Milli Məclisin deputatları Mahir Abbaszadə və Naqif Həmzəyev çıxış ediblər. Qeyd edilib ki, bu günlərdə Milli Məclisə hökumətin təqdim etdiyi 2024-cü ilin dövlət büdcəsi layihəsinin digər prioritetləri sırasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də var. Geri qayıdanların məşğulluğunun təmin edilməsi üçün istehsalın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi işləri də uğurla icra olunur, yerli və xarici sərmayəçilər üçün əlverişli biznes mühiti formalaşdırmaq üçün sənaye parkları yaradılır və digər müvafiq işlər görülür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov məcburi köçkün icmalarının biznes və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinin mühüm məsələ olduğunu bildirib, bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova isə çıxışında qeyd edib ki, layihə çərçivəsində məcburi köçkünlərə biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkar biznes təlimlər keçirilib. Geri qayıtdıqdan sonra fəaliyyət göstərəcəkləri sahələr üzrə biznes planlar hazırlanıb və mikro sahibkar kimi fəaliyyət göstərmələri üçün müvafiq addımlar atıb.

Tədbirdə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sonda “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib. Layihənin iştirakçısı Laçın rayonunun Zabux kəndinin sakini Ziyadxan Məmmədov layihənin onlarda biznes bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib, məcburi köçkünlərin məşğulluğunun artırılmasına dövlət dəstəyinin göstərilməsinə görə ölkə rəhbərliyinə təşəkkür bildirib.

Konfrans iştirakçıları məcburi köçkünlərə gəlirgətirən fəaliyyətlə məşğul olmaq üçün təqdim edilən avadanlıqlarla tanış olublar.

Son xəbərlər