Mojo.az Banner
15:30 Samir Abasov işləmədən "Neftçi"dən maaş alacaq  |     15:16 "Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim" - FOTO  |     15:10 Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi  |     15:03 İcra başçılarının kütləvi ixtisarları gündəmdə: Yeni idarəetmə modeli necə olacaq?  |     14:56 "Vətəndaş qəbulu üçün gəlməyə ehtiyac yoxdur, "whatsapp" kanalı yaratmışıq" - Deputat  |     14:49 ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? – Səfirlikdən açıqlama  |     14:42 Şahin Şıxlinskinin cinayət işindən yeni xəbər var  |     14:34 TRIPP dəmir yolu: Tikinti işləri nə zaman başlayacaq?  |     14:29 Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO  |     14:23 Bu ərazilər işıqsız qalacaq  |     14:13 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |     14:04 Bu cür diyetalar zərərlidir - Həkim məsləhəti  |     13:16 Bakının icra hakimiyyətlərində struktur dəyişiklikləri - Yeni sektorlar yaradıldı  |     12:56 Azərbaycanda səkkiz vəkilin fəaliyyətinə xitam verildi - SƏBƏB  |     12:53 Bakıda 25 yaşlı gəncin hamamda MEYİTİ TAPILDI  |     12:52 Azərbaycan nefti cüzi ucuzlaşıb  |     12:40 Bakıda tələbə qız ÖLDÜ  |     12:39 İran hava məkanını açdı  |     12:36 Gəncədə 37 yaşlı qadın bıçaqlanıb  |     12:35 "Madaqaskar" cizgi filminin davamı çəkilə bilər  |    
Left Banner
Right Banner

Azərbaycanda yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən reaksiya

11.11.2023 18:08 2 166
Azərbaycanda yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən reaksiya
"Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb”.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, platformada 50 000 manata qədər pulu batan insanlar var:

"Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanmış pul qazandıran platforma idi.
Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”.

"Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim "yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”, - deyə paylaşıma Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev fikir bildirib.скачать dle 11.3