Azərbaycanda itkin düşən uşaqların sayı artıb - STATİSTİKA » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:46 Şahdağa qar yağır - FAKTİKİ HAVA  |     16:37 Kosmetoloq müştərisinin qızıllarını ələ keçirib lombarda qoydu  |     16:28 Bakıda güclü külək: Ağac avtomobilin üzərinə aşdı - VİDEO  |     16:19 Peskov: "Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna tərəfini gözləyəcək"  |     15:54 İsrail ordusu Yəməni üç limanını boşaltmağa çağırdı  |     15:44 Təbrizdə Qacarlar dövrünə aid tarixi tikili sökülüb  |     15:19 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI  |     14:54 Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI  |     14:50 Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu  |     13:46 Kürdəmirdə qadın əməliyyatdan sonra öldü  |     13:41 Əhaliyə xəbərdarlıq - Sabah saat 10:00-dan...  |     13:27 Türkiyədə saxta içkilərdən ölənlərin sayı 109-a yüksəldi  |     13:17 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı  |     13:00 Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI  |     12:52 Maşını ilə Qarabağa getmək istəyənlərə ŞAD XƏBƏR  |     11:56 DİN məlumat yaydı - Bu zənglərlə danışıq aparmayın!  |     11:39 Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     11:35 Ağacdan yıxılan kişi altı gün sonra evində öldü  |     11:30 Nazir daha bir qadına VƏZİFƏ VERDİ - FOTO (Yenilənib)  |     11:22 Bir ailənin üç üzvü dəm qazından zəhərləndi  |    

Azərbaycanda itkin düşən uşaqların sayı artıb - STATİSTİKA

Azərbaycanda axtarışda olan cinayətkarların, eləcə də itkin düşən uşaqların sayı artıb.

Median.Az
trend-in məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038, 2018-ci ildə isə 5375 cinayətkar axtarışda olub.

Ötən il axtarışda olan cinayətkarların 52-si 14-17 yaşlı uşaq olub. 2017-ci ildə isə belə uşaqların sayı 47-dir.

Ötən il axtarışda olanların 1420-si (2017-ci ildə1603) dələduzluq, 888-I (2017-ci ildə 718) oğurluq, 139-u hərbi xidmət əleyhinə, onlardan 61-i fərarilik (2017-ci ildə 147-si hərbi xidmət əleyhinə, onlardan 62-si fərarilik), 52-si dövlət hakimiyyəti əleyhinə (2017-ci ildə 34), 41-i banditizm (2017-ci ildə 42), 123-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd (2017-ci ildə 103) və s. ilə bağlı cinayət törədib.

2000-ci illə müqayisədə ölkədə itkin düşən uşaqların sayı azalsa da, ötən il onların sayı 2017-ci illə müqayisədə artıb.

2018-ci il ərzində Azərbaycanda 964 (2017-ci ildə 914 nəfər) nəfər itkin düşüb ki, onların 136-sı 18 yaşadək uşaq olub. 2017-ci ildə itkin düşən uşaqların sayı 105, 2016-cı ildə 129, 2015-ci ildə 116, 2010-cu ildə isə 137 olub.

Qeyd edək ki, 2000 və 2005-ci illərdə Azərbaycanda itkin düşən uşaqların sayı daha çox olub. 2000-ci ildə 261, 2005-ci ildə 293 uşaq itkin düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 142 08.08.19 19:53