Kişi cildinə girib toylarda xanəndəlik edən Güllər kimdir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Kişi cildinə girib toylarda xanəndəlik edən Güllər kimdir?

Azərbaycanın ilk peşəkar qadın xanəndəsi Mirzə Güllər olub. Sabirabadın Cavad kəndində doğulan Mirzə Güllər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaradıb.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, Mirzə Güllər haqqında yetərincə məlumat olmasa da, onunla bağlı xatirələrini qardaşı oğlu Rəcəb Əsədov danışıb.

Onun sözlərinə görə, gözəl və məlahətli səsə malik Mirzə Güllərin doğulduğu kənddə xanəndəlik etməsi dindarların, mövhumatçıların xoşuna gəlməyib.

R.Əsədov deyib ki, bibisi xanəndəlik etdiyinə görə atası Fərəc onu həmişə “üz qarası” bilib:

“Ona dəfələrlə deyiblər ki, kənd qızları necə yaşayır, sən də elə yaşa. Amma Mirzə Güllər deyilənlərlə razılaşmayıb. Nəhayət, daim təqib və təhdidlərə məruz qalan Mirzə Güllər günlərin birində doğma ocağını tərk edərək Şamaxıya getmək məcburiyyətində qalır”.


O bildirib ki, yaradıcılığının əsas hissəsini burada davam etdirən Mirzə Güllər Mahmud ağaya pənah aparır:

“Mahmud ağa nüfuzlu şəxsiyyət olduğundan icazəsi olmadan kimsə yaşadığı evə girə bilməzmiş. Bu minvalla Mirzə Güllər ağanın evində qalmaqla yenə toy məclislərində oxuyurmuş. Toy məclislərinə kişi paltarında getdiyindən onun qadın olduğunu kimsə bilməyib”.

Dövrün məşhur xanəndə qadını olan Mirzə Güllər nəinki Şirvanda, hətta İranda, Tiflisdə, İrəvanda böyük şöhrət qazanıb. O, “Şur”, “Mahur-hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxuyub.

1914-cü ildə Kiyevdə “Monarx-Rekord” səsyazma studiyası bu qüdrətli el sənətkarının səsini qrammofon valına yazıb. Həmin vallardan yalnız bir-ikisi bu günümüzə qədər gəlib çatıb.

Qohumlarının dediyinə görə, Mirzə Güllər Şamaxıdan sonra Lahıca köçürb. Burada bir qədər yaşayandan sonra vəfat edib və Lahıc qəbiristanlığında dəfn olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 384 08.08.19 19:44