Bakıda sərnişin avtobusu piyadanı vurub » Median.Az News Agency


Bakıda sərnişin avtobusu piyadanı vurub
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, R.Allahverdiyev küçəsində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əhmədli Cəlil Bəkir oğlu piyada keçidi olmayan yerdə yolun qarşı tərəfinə keçərkən onu 176 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          561 11.07.19 23:50