UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 İşğaldan azad edilmiş ərazilərə getmək istəyənlərə yeni xəbər (VİDEO)  |     22:48 Şamaxıda hər yerdən görünən heykəl... (VİDEO)  |     22:31 Millətlər Liqası: Azərbaycan millisi Estoniyaya uduzdu  |     22:28 Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı  |     22:19 "28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?  |     21:58 Xocavəndin hərbi komissarı həbs edilib - RƏSMİ  |     21:44 Pul köçürmələrinə nəzarət gücləndirildi  |     21:29 Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər  |     21:23 İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb  |     21:15 Rusiya XİN Yaponiyaya xəbərdarlıq edib  |     21:08 Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO  |     21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |    

UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq

Bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində yeni qaydalar tətbiq olunacaq.

Bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb.

Onun sözlərinə görə, tətbiq olunacaq qaydalara əsasən, matç zamanı yalnız komandanın kapitanı hakimlə ünsiyyət qura bilər. Əks halda hakimə başqa futbolçu yaxınlaşarsa, cəzalandırılacaq.

“Müasir futbolda hakim olmaq çox çətindir. Görüşün baş hakimləri çətin və bəzən mübahisəli situasiyalarda böyük təzyiq altında olurlar və hər matçda 200-dən 250-dək qərar qəbul edirlər. Bu da təxminən hər 22 saniyədə bir qərar vermək deməkdir. Bəzən hakimləri də anlamaq lazımdır. Onların hər biri həm fanatlar, həm də ekspertlər tərəfindən müxtəlif rakurslardan yoxlanılır və yenidən qərarlarına baxılır. Biz güclü şəxsiyyətə malik hakimlərin meydanda qərarlar qəbul etmələrini istəyirik. Lakin eyni zamanda, onların daha açıq olmalarını və müəyyən qərarlara nəyin səbəb olduğunu izah etmələrini istəyirik. Onlar Video Köməkçi Hakimdən (VAR) çoxlu məlumat alırlar və yekunda qərar verməli olurlar. Bu qaydaların tətbiqedilmə səbəbi təhlükəsizlikdir. Hər hansı bir qərarda oyunçuların hakimin üstünə gəlməsi futbolun imicinə zərərlidir. Futbolçuların hakimə hörmət etməsi, məsafə saxlaması kapitanın məsuliyyəti olacaq. Kapitanın roluna məhəl qoymayan, hakimə hörmətsizlik və ya fikir ayrılığı əlaməti göstərən hər bir oyunçuya xəbərdarlıq ediləcək. Əgər kapitan qapıçıdırsa, meydançanın əks tərəfində insident baş verərsə, bu rolu yerinə yetirə biləcək kənar oyunçu təyin etmək lazım gələcək. Hakimlər bütün tərəflər arasında sağlam atmosfer yaratmaq üçün kapitanlarla müzakirələrdə açıq olmağa təşviq ediləcəklər. Bu, onlara oyunçularda inam yaratmağa və müasir hakimlərdən tələb olunan liderlik tipini nümayiş etdirməyə imkan verəcək. UEFA-nın hakim-mütəxəssislər komandası və mümkün olduqda oyunun hakimi 24 komandanın hər biri ilə görüşərək, bunu daha ətraflı müzakirə edəcək və bu məlumatı oyunçularla bölüşəcək. Hakimlərlə komanda kapitanları arasında konstruktiv dialoqa şərait yarada bilsək, hamı bundan faydalanacaq”, - deyə o bildirib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            441 14.05.24 12:35