Mojo.az Banner
18:05 Mayda hava necə keçəcək? - AYLIQ PROQNOZ  |     18:01 Kəmaləddin Heydərov rəis müavini təyin etdi  |     17:57 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:41 "1000 manat borcu olanın ölkədən çıxışı məhdudlaşdırılmasın" - Deputat  |     17:30 Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi  |     17:28 Xəzər akvatoriyasında balıq ovu dayandırılır  |     17:19 800 minə yaxın mənimsəmədə təqsirləndirilən Raqif Abbasovun ekspertiza tələbi rədd olundu  |     17:09 Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı  |     16:56 Bakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - Video  |     16:48 Gömrük 300 dollar limiti azaldacaq? - Generaldan AÇIQLAMA  |     16:40 AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ  |     16:07 Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat  |     15:56 Azərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ  |     15:43 Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar  |     15:29 69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildi  |     14:37 Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK  |     14:11 Marneulidə 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıb  |     14:02 Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı  |     14:01 Abşeronda SİLSİLƏ ƏMƏLİYYATLAR - Saxlanılanlar arasında qadınlar da var - Video  |     14:00 Narkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDU  |    
Left Banner
Right Banner

Professor: “Allergiya ana bətnindən başlayır” - MÜSAHİBƏ

14.06.2019 19:29 4 645
Professor: “Allergiya ana bətnindən başlayır” - MÜSAHİBƏ
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, professor Amaliya Eyyubovanın e.-tibb.aza müsahibəsi.

- Allergiyaya daha çox uşaqlarda rast gəlinir, yoxsa böyüklərdə?

- Bilirsiniz, allergiya elə uşaqlıqdan, hətta ana bətnindən başlayır. Ona görə böyüklərdə rast gəlinin allergik xəstəliklər elə uşaq vaxtından yaranır. Allergiya xəstələrinin hardasa 20 faizində həddi-buluğ dövründə xəstəlik keçə bilər, amma yerdə qalan xəstələrdə davam edir. Özü də allergik xəstəliklər müxtəlif yaşda başlaya bilir. Adam var deyir ki, məndə heç vaxt allergiya olmayıb, 50 yaşım var, indi başlayıb. Həmin adama başa salırıq ki, onda allergiya olub, amma indiyə qədər özünü büruzə verməyib. Allergik reaksiyaların baş verməsi üçün müəyyən şərait yaranmalıdır.

- Şərait deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu qida, hava, cürbəcür, vasitələr, dərmanlar, həşəratlar ola bilər.

- Yəni hər şey təsir edə bilər...

- Bəli, doğru buyurursunuz. Mən bəzən deyirəm ki, adi krant suyu da allergiya verə bilər. Nəyə görə? Axı krant suyunda reagentlər var. Onlar da insan orqanizminə yaddır. Onlar da təsir edə bilər.

- Ən çox hansı allergiya növlərinə rast gəlinir? Qidadan yaranan allergiya, mövsümi allergiya, yoxsa anadangəlmə allerqiyalar?

- Ümumiyyətlə, ilkin allergik reaksiyalar qidadan başlayır. Mən körpələri nəzərdə tuturam. Xüsusən ana südü ilə deyil, süni qidalanan uşaqlarda allergiya daha tez başlayır. Ona görə ki, inək südü yüksək allergendir. Bizim uşaqların qidasının əsasını da süd məhsulları təşkil edir.

- Ona görə də həkimlər ana südünü tövsiyə edirlər.

- Bəli, həmişə demişik, bu gün də deyirik ki, uşaqlar ana südü ilə qidalanmalıdırlar.

- Süni qidalar da allergiya yarada bilir?

- Onlarda allergenlər müəyyən dərəcədə azaldılır, amma bununla belə allergiyanın yaranmasına təsiri var.

- Cəmiyyətdə belə bir fikir var ki, allergiyanın müalicəsi yoxdur. Sizin buna münasibətiniz necədir?

- Bir tərəfdən düz deyirlər. Müalicə belədir ki, xəstə gərək həkim nə deyirsə, ona əməl eləsin, pəhriz saxlasın. O şeylər ki, yüksək allergik reaksiya verir, onlardan uzaq dursun. Bu gün dünyada qəbul olunan müalicələrdən biri hiposensibrizasiya adlanır. Yəni insan hansı allergenə qarşı həssasdırsa, ona qarşı müəyyən dərmanlar hazırlanır və tədricən o uşaqlara yeridilir. Bu da bir az uzun çəkən müalicədir.

- Ən çox rast gələn allergiyalardan biri yazda baş qaldıran allergiyalardır. Bundan necə qorunmaq olar?

- Yaz allergiyası çiçəklərin tozcuqları ilə əlaqədardır. Tozcuqdan qorunmaq çox çətindir. Yaz vaxtı havaya fikir verirsinizsə, elə bil qar yağır. Belə olanda biz allergiyaya həssas adamlara məsləhət görürük ki, bayıra çıxmasınlar, çıxanda gözlərinə eynək taxsınlar, maska geyinsinlər.

- Bəs ən çox hansı qidalar allergiya yaradır?

- Süd, yumurta, bal, balıq, sitrus meyvələri daha çox allergiya yaradır.

- Allergiyanın müalicəsində hansı yanlışlara yol verilir?

- Birinci növbədə allergeni aradan qaldırmaq lazımdır. Ona eliminasiya deyirik. Ondan sonra da antihistamin preparatlar var. O preparatlar allergik reaksiyanı getməyə qoymur. Bunlardan istifadə etmək lazımdır...
скачать dle 11.3
Mojo.az Banner