Mojo.az Banner
20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |     18:47 Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?  |     18:39 Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB  |     18:33 Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...  |     18:25 Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq  |     18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |     18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |    
Left Banner
Right Banner

Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır

02.05.2026 20:51 879
Pakistanın
"Airblue" aviaşirkəti Bakı-Lahor marşrutu üzrə uçuşlara başlayır.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı-Lahor marşrutu üzrə "Airblue" aviareyslərinin fəaliyyətə başlaması ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli (low-cost) aviaşirkətlərindən biri olan "Airblue"nun Bakı bazarına daxil olması Azərbaycanla Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu, sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaratmaqla yanaşı, Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.

Qeyd edək ki, Bakı-Lahor istiqaməti artıq "Azərbaycan Hava Yolları" (AZAL) və "Pakistan International Airlines" (PIA) tərəfindən də icra olunur. "Airblue" aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi (hab) kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.скачать dle 11.3
Mojo.az Banner