AZAL Bakıdan İslamabada uçuşlara başlayıb
“Report” xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.
Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.
Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.