Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA

02.05.2026 23:50 561
Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA
Azərbaycan Muaytay Federasiyasının 1 may 2026-cı il tarixində keçirilmiş Konfransının qərarının ləğvi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Araz Musayev tərəfindən əvvəlcə Yasamal Rayon Məhkəməsində, daha sonra isə Apellyasiya Məhkəməsində qaldırılan iddialar təmin edilməyərək rədd edilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim olunan kassasiya şikayətinə də baxılıb və rədd edilib. Bununla da, sözügedən Konfransın və həmin tarixdə keçirilmiş seçkilərin qanuni olduğu son məhkəmə instansiyası tərəfindən də təsdiqlənib.

Qərardan sonra Azər Həsənsoy və onun komandası rəsmən tanınıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Araz Musayev isə bildirib ki, Azər Həsənsoy ilə bağlı məsələlər qanunvericilik çərçivəsində müzakirə olunur:

"Azər Həsənsoyun keçirdiyi iclas sayt üzərindən keçirilib və bununla bağlı videomaterialları da təqdim edə bilərəm.

İclas zamanı yetərsayın olmadığı, tədbirin onlayn formatda və çayxanada keçirildiyi və iştirak edən şəxslərin böyük əksəriyyətinin Muaytay Federasiyasına aid olmadığı aydın görünür. Belə ki, iclasda iştirak edənlərdən cəmi 7 nəfər federasiya ilə əlaqəli olub. Onların da hansı əsaslarla iştirak etdiyi sual doğurur. Bu şəxslərin bəziləri yalnız müəyyən vəzifələrlə bağlı dəvət olunublar.

Yetərsayın olmamasına baxmayaraq, iclasın keçirilməsi və qərarların qəbul edilməsi ciddi şübhələr yaradır. Bu prosesin kimlər tərəfindən yönləndirildiyi də araşdırılmalıdır.

Bundan əlavə, məhkəmə prosesi zamanı mənim xəstəxanada olduğum bir dövrdə qərar qəbul edilib. Daha sonra isə Azər Həsənsoy Türkiyədə müalicə aldığı müddətdə iclasın nəticələri onun xeyrinə rəsmiləşdirilib və bu proses bu gün də davam edir".скачать dle 11.3
Mojo.az Banner