Mojo.az Banner
15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |     13:33 Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...  |     13:29 Xəzərdə zəlzələ oldu - FOTO  |     13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |    
Left Banner
Right Banner

Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir

02.05.2026 22:23 603
Alimlər sübut etdi: Müasir musiqi getdikcə
İtalyan alimləri təxminən 20 min musiqi əsərini təhlil edərək belə qənaətə gəliblər ki, son dörd əsr ərzində musiqi tədricən daha sadə və daha vahid hala düşüb.

Bədqiqat "Nature Publishing Group” jurnalında dərc olunub.

Tədqiqatçılar klassikadan hip-hopa qədər altı böyük janrı araşdırıblar. Onlar şəbəkə nəzəriyyəsi metodlarından istifadə ediblər: notlar düyünlər, notlar arasındakı keçidlər isə əlaqələr kimi götürülüb. Bu yanaşma melodik və harmonik mürəkkəbliyi "qulaqla deyil”, riyazi şəkildə qiymətləndirməyə imkan verib.

Nəticələr müasir pop musiqi üçün kifayət qədər kəskin mənzərə ortaya qoyub. Əvvəlki dövrlərdə musiqi əsərləri struktur baxımından daha mürəkkəb olub, lakin zaman keçdikcə sadələşmə tendensiyası artıb. Bu, demək olar ki, bütün janrlarda müşahidə olunur.

Tədqiqatda qeyd olunur ki, "uzunmüddətli və ənənəvi olaraq mürəkkəb janrlar, məsələn klassika və caz, getdikcə yeni janrlara bənzəyən struktur nümunələri nümayiş etdirir. Bu isə melodik və harmonik strukturların homogenləşməsi və sadələşməsi prosesini göstərir”.

Başqa sözlə, hətta caz və klassik musiqi belə tədricən "musiqi fastfudu” adlandırıla biləcək daha sadə formata yaxınlaşır. Alimlərin fikrincə, bunun səbəbi musiqinin yaradılma və istehlak üsullarının dəyişməsidir. Striminq platformaları, tövsiyə alqoritmləri və rəqəmsal mühit ümumilikdə dinləyicini tez "tutacaq”, lakin mürəkkəb harmoniyalardan və qeyri-adi keçidlərdən uzaq kompozisiyaları təşviq edir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, musiqişünaslar və musiqiçilər artıq uzun müddətdir musiqidə ümumi sadələşmə tendensiyasından danışırlar.

Bununla belə, alimlər müasir musiqini tamamilə "geri” kimi qiymətləndirməyə tələsmirlər. Araşdırmada vurğulanır ki, melodik sadələşmə musiqi mədəniyyətinin ümumi "deqredasiyası” demək deyil. Mürəkkəbliyin bir hissəsinin digər sahələrə – səs dizaynı, tekstura, audio işlənmə və ritmik strukturlara keçdiyi ehtimal olunur.

Alimlər həmçinin diqqətə çatdırırlar ki, onların işi "Spotify”, "TikTok” və ya tövsiyə alqoritmləri ilə musiqinin sadələşməsi arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin əldə olunan nəticələr müasir rəqəmsal mühitin populyar musiqinin strukturuna təsir göstərə biləcəyi ilə bağlı hipotezlərlə uzlaşır.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner