Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Musiqi zövqlərinin yaşla necə dəyişdiyi açıqlandı

10.09.2025 22:46 885
Musiqi zövqlərinin yaşla necə dəyişdiyi açıqlandı
Göteborq Universitetinin (UG) alimləri müəyyən ediblər ki, insanların musiqi seçimləri yaş artdıqca dəyişir. Bu dəyişikliklər musiqi dinləmə servislərinin tövsiyələrinin niyə zamanla "uyğunsuz” görünə biləcəyini də izah edir.

Median.Az
xəbər verir ki, tədqiqatda 15 il ərzində "Last.fm” platformasının 40 mindən çox istifadəçisinin musiqi dinləmə vərdişləri təhlil olunub. Ümumilikdə 542 milyondan çox dinləmə və bir milyondan artıq musiqi əsəri araşdırmaya daxil edilib.

Nəticələr göstərib ki, yeniyetmələr və gənclər geniş spektrdə populyar musiqilərə üstünlük verir, trendləri izləyir və eksperimentlərə açıq olur. Yetkinlik dövründə zövqlər daha müxtəlifləşsə də, insan getdikcə maraq dairəsini daraldır və şəxsi təcrübəsi ilə bağlı mahnılara üstünlük verir. Orta yaşlarda və sonrakı dövrlərdə isə əsas rolu nostalgiya oynayır: insanlar gənclik illərinin musiqisinə daha çox qayıdır, amma yeni əsərlərə də açıq qalır.

"Gənc olanda hər şeyi sınamaq istəyirsən. Yaşlandıqca isə artıq səni ifadə edən bir üsluba sahib olursan. Hit-paradların önəmi azalır”, deyə tədqiqatın həmmüəllifi, Qeteborq Universitetinin dosenti Alan Said bildirib.

Alimlərin fikrincə, bu vəziyyət musiqi tövsiyə sistemləri üçün ciddi çağırışdır. Gənc dinləyicilərə həm yeni hitlər, həm də hələ tanış olmadıqları klassik əsərlər təqdim olunmalıdır. Orta yaşlı auditoriya üçün balanslı yanaşma – həm tanış, həm də yeni musiqilər vacibdir. Yaşlı insanlar isə daha çox şəxsi xatirələrini və unikal zövqlərini əks etdirən mahnıları görmək istəyirlər.

Son xəbərlər