Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident

02.05.2026 21:53 534
Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident
Bakıda qadın müştəri restoranda döyülüb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən restoranlardan birində qeydə alınıb. İttiham aktında qeyd olunan yekun protokola görə, səhərə yaxın saat 5 radələrində zərərçəkən şəxs Gülsüm (şərti adla) sərxoş halda restoranda digər qadın müştəriləri narahat edib. Buna görə də obyektin icarədarı Musa İslamov (ad və soyad şərtidir) yaxınlaşaraq ondan hesabı ödəyib restoranı tərk etməsini tələb edib. Lakin Gülsüm həm buna etiraz edib, həm də Musanı söyüb. Əsəbiləşən Musa Gülsümün sifətinə zərbə vurub. Nəticədə qızın burun sümüyü qırılıb və bir sıra digər xəsarətlər yetirib.

Faktla bağlı Musa İslamova qarşı cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, restoranı doğma bacısı ilə birgə işlədir. Zərərçəkən qadının sözlərinə görə isə taekvando idman növü ilə məşğul olub. Lakin hadisə zamanı 6 nəfər onun üzərinə gəldiyi üçün gücü çatmayıb. Gülsüm həmçinin kuryer işlədiyini və hadisə nəticəsində ona 6500 manat ziyan dəydiyini də deyib.

İfadə verən qadın şahidlər Gülsümün sərxoş halda musiqi qoşub oynayarkən onlara sataşdığını, masasında əyləşərkən isə dayanmadan üzlərinə baxdığını deyiblər. Müştərilər narahat olduqları üçün restoran icarədarlarına müraciət edərək Gülsümün obyektdən çıxarılmasını istəyiblər. Hadisə də məhz bu zəmində baş verib.

Məhkəmənin qərarı ilə Musa İslamov barəsində 8 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun haqqında amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.скачать dle 11.3
Mojo.az Banner