Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)

02.05.2026 22:15 573
Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)
Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar.

Onlardan biri bildirib ki, ardıcıl yağan yağışlar bağlarda lazımi işlərin görülməsinə mane olub:

"Şaftalı, nektarin və alça bağlarım var. Yağışlar ardıcıl yağdığı üçün işlərimizi tamamlaya bilmədik. Bundan əlavə, dərman preparatlarının vaxtında çilənməməsi, çilənən dərmanların isə yağışla yuyulub getməsi böyük ziyana səbəb olub. Bu il, demək olar ki, məhsulun 85-90%-i yoxdur. Təxminən 8-9 min manat civarında ziyana düşmüşəm".

Digər bir fermer isə qeyri-sabit havanın müxtəlif bölgələrə fərqli dərəcədə təsir etdiyini qeyd edib:

"Hava şəraiti Zaqatala, Balakən və Qax rayonlarında daha çox fəsad törədib. Bu bölgələr iqlim baxımından daha həssasdır. Yağıntıların çox olması həm rütubəti, həm də nəmliyi artırır ki, bu da müxtəlif xəstəliklərin sürətlə yayılmasına şərait yaradır. Məhsulun az olması, şübhəsiz ki, bu il satış qiymətlərinə də təsir edəcək. Görünən odur ki, gilas, alça və şaftalı bazarlarda daha baha qiymətə satılacaq".скачать dle 11.3
Mojo.az Banner