Mojo.az Banner
13:31 Polis Tovuzda külli miqdarda narkotiki satmaq istəyən şəxsləri saxladı  |     13:09 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     13:05 Venesuelanın yeni lideri ABŞ-ni tənqid etdi, Trampın adını isə çəkmədi  |     12:44 İmişlidə çörək emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı  |     12:31 Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü  |     12:16 Bu şəxslər metroda əlavə pul ödəyəcək  |     12:07 "Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB  |     11:54 Tanınmış xanəndə Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI  |     11:52 Rusiyaya gələn miqrantlardan tibbi müayinədən keçmək tələb oluna bilər  |     11:37 Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Tarix AÇIQLANDI  |     11:28 Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb  |     11:14 Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb  |     11:03 Məhkəmə zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar çıxardı  |     23:01 Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər  |     22:54 Azərbaycanlı alim ABŞ-dən deportasiya edilir  |     22:48 Tanınmış iş adamı vəfat etdi  |     22:40 Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək - FOTO  |     22:35 Bu ölkədə süni intellektlə işləyən imam fəaliyyətə başlayacaq  |     22:27 Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI  |     22:22 Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı (Video)  |    
Left Banner
Right Banner

Azərbaycanda 5 km-lik dövlət bayrağı hazırlanıb - FOTO

13.06.2019 16:15 5 001
Azərbaycanda 5 km-lik dövlət bayrağı hazırlanıb - FOTO
Azərbaycan sərhədçiləri 15 iyun - Milli Qurtuluş Gü­nünün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Xidmət tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.

5 km 100 m uzunluqda Dövlət bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bayrağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.










скачать dle 11.3