Mojo.az — elanlar
RU
Son Xəbərlər
21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevgilisini videoları ilə şantaj edib pulunu alan şəxs barəsində bəraət qərarı ləğv olundu

28.01.2026 11:26 396
Sevgilisini videoları ilə şantaj edib pulunu alan şəxs barəsində bəraət qərarı ləğv olundu
Bakı Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmiş şəxsin (mülki iddiaçı) apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qismən, yəni təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv olunub. Kərim Kərimov CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsdən (mülki cavabdeh) 10 000 manat pul və mülki iddia verməyə görə ödənilmiş 120 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı) ödənilməsi qərara alınıb.

Qeyd edək ki, ibtidai istintaq orqanı tərəfindən Kərim Kərimova qarşı ittiham ona görə irəli sürülüb ki, o, qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Samirə Hacızadənin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək anasının xəstəliyi səbəbindən pula ehtiyacı olduğunu bildirib. Təqsirləndirilən şəxs sonradan qaytarmaq vədi ilə 2022-ci ilin may ayında 5 000 manat, iyun ayında isə daha 5 000 manat olmaqla, ümumilikdə 10 000 manat pulu qadından aldadaraq ələ keçirib.

Bundan əlavə, ittihama görə, Kərim 2022-ci ilin avqust və sentyabr aylarında Samirə ilə Yeni Günəşli yaşayış massivində yerləşən hoteldə çəkilmiş intim videoları yaymaqla hədələyərək, 5 000 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını hədə-qorxu yolu ilə ələ keçirib.

Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırması zamanı təqdim olunan sübutlar əsasında həmin ittihamların təsdiqini tapmadığı qənaətinə gəlinib. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmaması, 182.2.2 və 182.2.4-cü (təkrarən və xeyli miqdarda əmlak əldə etməklə hədə-qorxu ilə tələb etmə) maddələri üzrə isə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, məhkəmə iclas zalında dərhal azad olunub.

Bununla belə, çıxarılmış hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi isə apellyasiya şikayəti veriblər.

Son xəbərlər