Mojo.az Banner
23:01 Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artdı  |     22:53 Notarius ilk məhkəməsində həbs edildi  |     22:46 Ev almaq adı ilə gəldi, oğurluq etdi  |     22:40 Qızlar Universitetinin tələbələrinin aqibəti necə olacaq?  |     22:33 Məhkəmə sürücüyə bəraət verdi  |     22:28 Azərbaycan-Türkiyə Universitetinə ilk rektor təyin edildi  |     22:21 NDU-nun keçmiş şöbə müdiri tenderə görə 4 min manat alıb (TƏFƏRRÜAT)  |     22:13 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı  |     22:08 Naxçıvanda "İnstagram" vasitəsilə telefon dələduzluğu  |     22:00 UEFA FIFA turnirlərinə boykot elan etdi  |     21:55 Sabah Abşeron rayonunun və Bakı şəhərinin bir hissəsində qaz olmayacaq  |     21:48 UEFA Avropa Liqası: "ÇSKA Sofiya" - "Qarabağ" matçının start heyətləri bəlli oldu  |     21:41 Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     21:36 Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib  |     21:22 "Xankəndi" futbol klubu ev oyunlarını doğma şəhərində keçirəcək  |     21:15 Saray sakinlərindən qanunsuz pul yığılır? - Video  |     21:10 Moskvada rusiyalı milyarder həbs edildi  |     21:03 KMBİ vətəndaşların kart məlumatlarını ələ keçirən iki şəxsi saxlayıb - Video  |     20:56 Ceyranbatanda illərdir həllini tapmayan problem - Video  |     20:51 Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi  |    
Left Banner
Right Banner

Bakıda qəzaların ən çox baş verdiyi yollar AÇIQLANDI

28.01.2026 11:36 627
Bakıda qəzaların ən çox baş verdiyi yollar AÇIQLANDI
Paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2 546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu qəzaların təhlili göstərib ki, yüksək sürət, işıqforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir. Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.

Süni nəqliyyat sıxlığının yaranmasına səbəb olan amillər

İl ərzində 1 889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı NİİM və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb.

İntensivliyin artırılmasında "yaşıl dalğa"nın rolu

Bakıda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 60 küçə və prospekt üzrə işıqforlara 73 min 717 dəfə "yaşıl dalğa" rejimi tətbiq edilib.

Hava şəraiti ilə bağlı il ərzində sürət həddi neçə dəfə endirilib?

Məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları ilə əlaqədar sürücülər məlumatlandırılıb və təhlükəsizliyi təmin etmək üçün sürət hədləri 63 dəfə endirilib.скачать dle 11.3
Mojo.az Banner